25 Sentyabr, 2014
"Qalatasaray"ın baş məşqçisi niyə məyus oldu?

"Qalatasaray" klubunun baş məşqçisi Çesare Prandelli maraqlı açıqlamaları ilə diqqət çəkib.

Simsar.az-ın məlumatına görə, italyan mütəxəssis Unal Aysalın "Qalatasaray"ın prezidentiliyinə namizədliyini verməməsindən məyus olduğunu bildirib:

"Qalatasaray" dedikdə ağlıma Ünal Aysal gəlir".

Prandeli Ünal Aysalın "Qalatasaray"ı yaxşı istiqamətdə inkişaf etdirmək niyyətində olduğunu deyib:

"Bunu edə bilmək və komandanən daha yaxşı vəziyyətə gəlməsi üçün belə qərar verdi. İndiki və gələcək layihələrə sadiq qaldıq. Gərək güclü klub xarici təzyiqlərə qapalı olsun".

Qeyd edək ki, Türkiyə mətbuatında yer alan xəbərlərdə Ünal Aysalın yerinə seçiləcək yeni "Qalatasaray" prezidentinin Prandellini yola salacağı bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!