25 Sentyabr, 2014
Əlillərin avtobuslardan istifadə etməsi mümkün deyil – RƏSMİ

“Bakıda əlillərin şəhərdaxili marşrutlardan istifadə etməsi mümkün deyil”. Bunu Simsar.az-a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, hazırda əllilərin sərnişindaşıma şəhər nəqliyyatının xidmətlərindən istifadə etmələri mümkün deyil.

“Gələcəkdə əlillərin şəhər nəqliyyatının xidmətlərindən istifadə etmələrinin yaxşılaşdırılması məqsədi ilə müvafiq avadanlıqlarla təchiz edilmiş avtobusların gətirilməsi nəzərdə tutulur” - Ə.Cəfərov belə deyib.

Xatırladaq ki, Bakı şəhərində taksi fəaliyyəti göstərən “TX-4 London” markalı minik avtomobilləri əlil arabası istifadəçiləri üçün uyğunlaşdırılıb. Bakı şəhərində şəhərdaxili marşrutlarda istismar olunan avtobuslarda isə istehsalçı zavod tərəfindən əlil arabalarından istifadə edilməsi üçün avadanlıq quraşdırılması nəzərdə tutulmayıb.

 

Aysel Kərimova

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!