9 Aprel, 2011
19 polis öldürüldü

Hadisə Suriyada baş vermiş qarşıdurmada olub

Bu gün Suriyanın Deraa şəhərində baş vermiş qarşıdurmada 19 polis və təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub, daha 75 polis isə yaralanıb. Bu barədə Suriyanın SANA dövlət informasiya agentliyi məlumat verib.

Daha öncə Deraa şəhərində qarşıdurmanın silahlı adamların təhlükəsizlik qüvvələrinin əməkdaşlarına və dinc sakinlərə atəş açmasından sonra başladığı bildirilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!