25 Sentyabr, 2014
Azərbaycan Çempionatında dava - FOTO

Bu gün futzal üzrə Azərbaycan çempionatının güclülər dəstəsi 2 oyunla start götürüb.

Simsar.az xəbər verir ki, ilk oyunda aləm bir-birinə dəyib.

İlk turun açılış matçında ölkə çempionu “Araz” “Qarabağ Veteranları”nı 11:1 hesabı ilə darmadağın edib.

Günün 2-ci qarşılaşmasında isə “Xəzər Aylands”- “Fənərbaxça” görüşündə qalmaqal yaşanıb. Hesabda geri düşən “Fənərbaxça”nın baş məşqçisi Elnur Qəmbərov məğlubiyyətin günahını hakimlərdə axtarmağa başlayıb.

Qalmaqal yaradan gənc çalışdırıcı daha sonra komandasını meydandan çıxarmaq qərarına gəlib.

Lakin futzal federasiyasının prezidenti Zaur Axundovun müdaxiləsindən sonra oyun davam etdirilib və “Fənər” 4:3 hesablı qələbəni bayram edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!