25 Sentyabr, 2014
Obamadan Poroşenkoya qeyri-adi HƏDİYYƏ

Ukrayna prezidenti Pyotr Poroşenko inauqurasiya mərasimində ona verilən hədiyyələri nümayiş etdirməyə hazır olduğunu açıqlayıb.

Simsar.az-ın məlumatına görə, Poroşenko bildirib ki, ABŞ prezidenti Barak Obama mərasimdə ona üstü nazik xətlərlə bəzədilmiş böyük boşqab hədiyyə edib.

Ukrayna prezidenti həmçinin bildirtib ki, o, hədiyyələrin hamısını görə bilməyib. Buna səbəb isə mühafizəçilərin hədiyyələri bir-bir yoxlamasıdır.

"Mən inauqurasiya mərasimində hədiyyələri göstərmək qərarına gəldim. Qoy xalq görsün ki, prezidentə hansı hədiyyələri veriblər", deyə Poroşenko bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!