25 Sentyabr, 2014
Prezidentin oğlu deputat olacaq

Ukrayna prezidenti Petr Poroşenko oğlunun 26 oktyabrda keçirilməsi nəzərdə tutulan seçkilərdə Ali Radanın deputatlığına namizəd olduğunu təsdiqləyib.

AzNews.az xəbər verir ki, Petr Poroşenko bu barədə Kiyevdə təşkil olunan mətbuat konfransında bildirib: “O, məndən soruşmadı. Siyahıda gizlənmədi. Müharibə olan əraziyə getdi və mən hesab edirəm ki, o, mənə layiq olacaq”.

Bununla əlaqədar olaraq Ukrayna prezidenti növbəti dəfə bildirib ki, onun oğlu könüllü olaraq orduya getməyə qərar verib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!