25 Sentyabr, 2014
Azərbaycanın əməkdar artisti qara piara məruz qalıb - FOTOLAR

Simsar.az xəbər verir ki, bu gün Azərbaycan opera səhnəsinin "Karmen"i, əməkdar artist Fidan Hacıyeva jurnalistlərə 3 musiqi toplusunu təqdim edib.  Mart ayında Londonda, ardınca Bakının Heydər Əliyev Sarayının səhnəsində baş tutmuş konsertlərini DVD şəkilində hazırladan müğənni,  həmçinin "Sevgilim" adlı MP3 disk də ərsəyə gətirib.

Mətbuat konfransına Fidan çox sərt açıqlamalar etməkdən də çəkinməyib:

"Baxmayaraq ki, bu sənətdə heç kimlə işim yoxdur,  amma bəzi bədxahlar haqqımda yalan məlumatlar yayırlar. Deyilənə görə mən vətənimdə yaşamıram.  Bu əleyhimə aparılan qara piardır.

Mən Azərbaycanı çox sevirəm. Həyat yoldaşım Filiplə birlikdə övladlarımızı tərbiyə edirik. Heç yana da getmək fikrimiz yoxdur. Allah - Təala sağlam ömür nəsib etsin, sevdiyim sənətdə daha böyük uğurlar əldə etməyə çalışacağam".

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!