25 Sentyabr, 2014
Həccə gedənlər raketlə vuruldu - QƏTLİAM

İraqda Həccə yollanan zəvvarlar, ABŞ-ın Hərbi Hava Qüvvələrinin raket zərbələrinə məruz qalıblar.

Din.az saytı "İslam.ru"a istinadən bildirir ki, aviazərbələr nəticəsində bir neçə qadın və uşaq həlak olub. Həlak olan qadınlardan biri hamilə olub.

Məlumata görə, zəvvarlar namaz qılmaq üçün avtobusdan eniblər. Bu zaman onlar ABŞ-ın Hərbi Hava Qüvvələrinin raket zərbələrinə məruz qalıblar. Aviazərbələr nəticəsində həlak olanların Dağıstan vətəndaşı olduğu deyilir. Onların hamısı İraqda dəfn olunub.

Bombardman nəticəsində həlak olanlar İraqda dəfn olunub

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!