24 Sentyabr, 2014
İŞİD Fransa vətəndaşını da edam etdi

İŞİD Fransa vətəndaşını da edam edib.

Simsar.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, terrorçu qruplaşma Əlcazairdə girov götürdüyü Fransa vətəndaşı Erve Qurdelin edam olunduğunu açıqlayıb.

Qruplaşma sosial şəbəkələrdə Fransa hökümətinə mesaj olaraq "Qanlı məktub" adlı video da yerləşdirib.

Qeyd edək ki, bir qədər əvvəl Erve Qurdel Fransa prezidenti Fransua Ollanda video vasitəsi ilə müraciət edərək İraqda İŞİD-ə qarşı əməliyyatları dayandırmağı istəmişdi.

Əks halda İŞİD Fransa vətəndaşını edam edəcəyini bəyan etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!