24 Sentyabr, 2014
Ərdoğan Obama ilə görüşdü

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Rəcəb Tayyib Ərdoğan bu ölkənin prezidenti Barak Obama ilə görüşüb.

Simsar.az-ın məlumatına görə, Nyu-Yorkda keçirilən BMT-nin İqlim Zirvəsində iştirak edən Ərdoğan ötən gün Obama ilə görüşüb.

Görüşdə Ərdoğan və Obama Suriya münaqişəsi də daxil olmaqla bölgədəki bir sıra məsələləri müzakirə ediblər.

Ərdoğanın həmçinin Nyu-Yorkda ABŞ-ın vitse prezidenti Co Baydenlə görüşəcəyi bildirilir. Bu görüşdə əsasən Suriya münaqişəsinin müzakirə ediləcəyi deyilir.

Qeyd edək ki, ötən gün Ərdoğan açıqlama vermişdi ki, Türkiyə İŞİD-ə qarşı hərbi əməliyyatlarda ABŞ və koalisiya ölkələrinə hərbi dəstək verməyə hazırdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!