24 Sentyabr, 2014
Pilotların cəsədləri tapıldı

Qazaxıstanın Almatinski ərazisində qəzaya düşən Su-27 taktiki-qırıcı təyyarənin pilotlarının cəsədləri tapılıb.

Simsar.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

"Axtarış işlərinin gedişatında Su-27 taktiki-qırıcı təyyarəsini idarə etmiş pilotların polkovnik-leytenant Erlana Nauanova və polkovnik-leytenant Denis Qorbunovun bədənlərinin hissələri aşkar edilib. Əlavə məlumat isə xüsusi komissiyanın işinin yekunlarından sonra bildiriləcək", - deyə mətbuat xidmətinin açıqlamasında bildirilir.

Qazaxıstan Müdafiə Nazirliyinə məxsus Su-27 təyyarəsi ötən çərşənbə axşamı təlim-məşq uçuşları zamanı Almatinsk ərazisində qəzaya uğramışdı. Təyyarənin içində olan hər iki pilot həlak olmuşdu.

Təyyarə Astana üzərində radarlardan itmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!