24 Sentyabr, 2014
Azərbaycanın dəb ikonası Ruhi "məhkəmə" quracaq - FOTOLAR

Simsar.az xəbər verir ki, Azərbaycanın dəb ikonası Ruhi Əliyeva gələn ay Azad Azərbaycan (ATV) tele-kanalında "Dəbsiz" adlı qadınlara həsr olunacaq layihəsi ilə ekranlara qayıdacaq. Ruhi xanım bununla bağlı bu gün mətbuat konfransı keçirib.

Jurnalistləri salamlayan Ruhinin və layihənin media əlaqələndiricisi Türkan Məmmədli açıqlamasında bildirdi ki, fərqli efir layihəsi qısa zamanda tamaşaçı marağına səbəb olacaq.

Daha ətraflı R.Əliyeva oxucularımızı belə məlumatlandırdı : "Dəbsiz"lə xanımlarımızın düzgün geyim tərzini formalaşdırmağa çalışacağıq.

Bu işdə tək deyiləm. Tanınmış modelyer Afaq İsmayılzadə və xalq artisti Faiq Ağayevlə birlikdə "moda məhkəməsi" təşkil edəcəyik.

Hakim mən olsam da  vəkil Faiq Ağayev,  prokuror qismində Afaq xanım çıxış edəcəklər.

Canlı yayımlanacaq layihədə əsasən orta yaşlı qadınların iştirakına üstünlük veriləcək.

Hətta 60 yaşlı xanımlar da bizə müraciət edə bilərlər. Xanımlarımızın gözəlliklərinə rəng qatmaq əsas prinsipimizdir".

Şahin Cavadsoy

Simsar.Az

Fotolar müəllifindir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!