24 Sentyabr, 2014
PKK-çılar Atatürkün büstünü təhqir etdilər

Türkiyənin Şırnak əyalətində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstü yandırılıb. Musavat.com-un Türkiyə elektron informasiya qaynağına istinadən xəbər verir ki, hadisə əyalətin Jizre rayonunda iki PKK-çının dəfni mərasimində qeydə alınıb.

Belə ki, PKK-nın gənclər qanadı olan “İnqilabi gənclər hərəkatının patriotları” adlanan qurumun üzvləri Atatürkün büstünü yandırıblar. O da xəbər verilir ki, polis əməkdaşları yandırılmış büstü götürdərək, yenisini qoydurublar.

Büstün növbəti dəfə aşağılanmamasından ötrü növbətçilik təyin edilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!