24 Sentyabr, 2014
Külək Ucar və Zərdaba ciddi ziyan vurdu

Aran bölgəsində güclü külək bir sıra fəsadlar törədib.

APA - nın yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarından əsməyə başlayan güclü külək elektrik təsərrüfatına ciddi ziyan vurub.

Rayonun bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Ucar Paylayıcı Elektrik Şəbəkəsinin növbətçi hissəsindən APA – ya verilən məlumata görə, güclü külək nəticəsində bir çox elektrik naqillərində qırılmalar baş verdiyindən enerjinin verilişi müvəqqəti dayandırılıb. Hal-hazırda şəbəkə əməkdaşları ərazidə təmir işləri aparırlar.

Külək Zərdab rayonunun da elektrik təsərrüfatına ciddi ziyan vurub. İri gövdəli ağacların budaqlarının qırılaraq elektrik naqillərinin üstünə düşməsi nəticəsində naqillər sıradan çıxıb, bu səbəbdən də rayonun bir çox yaşayış məntəqəsinə elektrik enerjinin verilişi dayandırılıb.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!