24 Sentyabr, 2014
Barak Obama: “Rusiya öz siyasi kursunu dəyişərsə...”

“Rusiya öz siyasi kursunu dəyişərsə, ən əsası Ukrayna ilə bağlı müsbət adımlar atarsa ABŞ rəsmi Moskva ilə əməkdaşlıq edər və sanksiyaların tətbiqini dayandırar”.

Simsar.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

B. Obama bildirib ki, əgər Rusiya “soyuq müharibə” dövründə olduğu kimi özünü aparmazsa və öz xalqının tərəqqisinə təkan verən addımlar atarsa, ABŞ bu ölkəyə qaşı bütün sanksiyalardan imtina edər.

ABŞ prezidenti əlavə edib ki, SSRİ-nin süqutundan sonra bu iki ölkə arasında bir sıra məsələlərdə normal əməkdaşlıq həyata keçirilib.

Simsar.az

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!