24 Sentyabr, 2014
Olimpiya mükafatçısının evinə mərmi düşdü

2012-ci il London Yay Olimpiya Oyunlarının ukraynalı mükafatçısı Olqa Saladuxanın evinə mərmi düşüb.

Sportnet.az-ın məlumatına görə, bu barədə Saladuxanın özü açıqlama verib.

O bildirib ki, olimpiadada medal qazanması münasibətilə Donetskdə hədiyyə olunan mənzilə mərmi düşdüyünü tanışları deyiblər. Vəziyyətlə tanış olmaq üçün idmançının məşqçisi hadisə yerinə yollansa da, hələ bir xəbər yoxdur: "Hələ də rahat nəfəs ala bilmirəm".

Qeyd edək ki, Olqa Saladuxa London olimpiadasında 3 təkanla uzununa tullanma növündə bürünc medal qazanıb.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!