24 Sentyabr, 2014
Şamaxı Elektrik Şəbəkəsinin əməkdaşını elektrik cərəyanı vurdu

Şamaxı rayon Elektrik Şəbəkəsinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində baş verib. Məlikçobanı kənd sakini, 40 yaşlı Eyvazov Eltun Əliqulu oğlu elektrik naqillərində baş verən nasazlığı aradan qaldırarkən cərəyan vurub və o hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!