24 Sentyabr, 2014
Döyüş təyyarəsi partladı - Pilot öldü

Qazaxıstan Hərbi Hava Qüvvələrinə məxsus “SU-27” döyüş təyyarəsi qəzaya uğrayıb.

Simsar.az-ın məlumatına görə, Qazaxıstan Müdafiə Nazirliyi bildirib ki, sentyabrın 23-də saat 23:00-da Taldıkorqan aviabazasına məxsus “SU-27” hərbi təyyarəsi radarlardan itib.

Axtarış işləri zamanı təyyarənin düşdüyü yer müəyyənləşib. Təyyarə Almatı vilayətində təlim uçuşlarını yerinə yetirərkən partlayıb. Təyyarəçi isə həlak olub.

Taldıkorqan qarnizonu hərbi prokurorluğunun məlumatına görə, qəzaya uğramış təyyarənin qalıqları gecə saat 01.00-da Köksu rayonunda Janalık kəndinin 15 kilometrliyində tapılıb.

Aviasiya hadisəsinin səbəblərinin aydınlaşdırılması üçün xüsusi komissiya yaradılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!