24 Sentyabr, 2014
Təbii qazın qiyməti 4 dəfə bahalaşır - Ukraynada

“Ukraynada təbii qazın qiymətinin 4 dəfə qalxması gözlənilir”.

Simsar.az-ın məlumatına görə, bu açıqlamanı “Neftoqaz Ukraina” Dövlət Şirkətinin direktor müavini Aleksandr Todiyçuk verib.

O deyib ki, 2015-ci ildə əhaliyə satılan təbii qazın qiymətinin qaldırılması ilə bağlı məsələ müzakirə mövzusudur.

Onun sözlərinə görə, müzakirələrdə əhali və qeyri-əhali üçün vahid qiymətin müəyyənləşdirilməsi ilə bağlı təkliflər də yer alıb.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!