8 Aprel, 2011
SƏFİRLƏRİN MÜXALİFƏT LİDERLƏRİ İLƏ QAPALI GÖRÜŞÜ BAŞLADI

2 aprel mitinqi və ictimai-siyasi vəziyyət müzakirə olunur

Bir sıra Qərb ölkələrinin Azərbaycandakı səfirləri və səfirliklərinin nümayəndələri hazırda İctimai Palatanın rəhbərliyi ilə görüşür. 
Simsar.az-a daxil olan məlumata görə, görüş Müsavat Partiyasının qərargahında keçirilir. Avropa İttifaqına daxil olan ölkələrin Bakıdakı səfirləri, ABŞ səfirliyinin təmsilçisi, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel, digər Qərb təşkilatlarının Bakıdakı təmsilçiləri qərargahda Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və AMİP sədri Yusif Bağırzadə ilə danışıqlar aparırlar.
Görüşdə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, İctimai Palatanın 2 aprel mitinqində həbs olunan şəxslərin azadlığa buraxılması və başqa məsələlər müzakirə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!