23 Sentyabr, 2014
Rusiya ABŞ-ın bu hərəkətini kəskin qınadı

Rusiya ABŞ başda olmaqla koalisiya qüvvələrinin Suriya ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələrini pisləyib.

Simsar.az-ın məlumatına görə, rəsmi Moskva hava zərbələrini Suriyanın suverenliyinə və beynəlxalq qanunlara zidd olduğunu bəyan edib.

Rusiyanın xarici işlər nazirliyi açıqlamasında bildirilir ki, Suriya ərazisində ABŞ-ın hərbi təyyarələrinin əməliyyat keçirməsi yalnız rəsmi Dəməşqin və BMT Təhlükəsizlik Şurasının razılığı ilə olmadan həyata keçirilə bilməz.

Xarici işlər nazirliyinin bəyanatında bildirilir ki, ABŞ Suriyanın suverenliyini öz geosiyasi maraqlarına qurban verir və belə hərəkətlər regionda sabitliyi yalnız pozaraq gərginliyi artıracaq.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!