23 Sentyabr, 2014
Hərbi dəstəyə hazırıq

Türkiyə Suriyadakı İŞİD terror qruplaşmasına qarşı ABŞ və koalisiya üzvlərinə hərbi dəstək verəcək.

Simsar.az-ın məlumatına görə, belə bir açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Suriyada terrorçulara qarşı hərbi əməliyyatların vacibliyini vurğulayan Ərdoğan bəyan edib ki, Türkiyə bu əməliyyatlara hər cür dəstək verməyə hazırdır.

"Suriyadakı əməliyyatları dəstəkləyirəm. Ara vermədən İŞİD terror qruplaşmasına qarşı hücumlar həyata keçirilməlidir. Biz də nə lazımdırsa, əlimizdən gələni edəcəyik. Bura həm hərbi, həm siyasi dəstək daxildir. Terrorçuların məhv edilməsi üçün hər cür köməyə hazırıq", deyə Ərdoğan bildirib.

Prezident həmçinin bəyan edib ki, Türkiyənin İŞİD-ə qarşı əməliyyatlarda atılacaq addımları hökumətin iclasından sonra dəqiq məlum olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!