23 Sentyabr, 2014
Ana doğuş zamanı öldü

Bərdədə ana doğuş zamanı ölüb.

Simsar.az-ın məlumatına görə, hadisə Bərdə rayon mərkəzi xəstəxanasının doğum şöbəsində baş verib.

Yevlax rayon sakini 25 yaşlı Manafova Aynur Məhərrəm qızı dünən xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə təxminən 3 saat bundan əvvəl baş verib. Bu gün axşam saatlarında o, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb.

Xəstəxanada rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları araşdırma aparırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!