23 Sentyabr, 2014
Azərbaycanlı müğənni ata olmağını gizli saxlayır - ÖZƏL

Simsar.az-ın əldə etdiyi məlumata görə sentyabrın 19-da kifayət qədər populyar olan Cahan qrupu" nun solistlərindən biri Arzuxan Gözəlovun qızı dünyaya gəlib.

Maraqlısı ondadır ki, müğənni bu xoş hadisəni çoxlarından gizli saxlamağa çalışır. Hətta istifadəçisi olduğu sosial şəbəkələrdə belə ata olmasından bir kəlmə olsun belə yazmayıb.

Əməkdaşımızla telefon söhbətində Arzuxan nə üçün bu addımı atmasını belə şərh etdi : "Mən və solisti olduğum qrupun üzvləri əsla özəl həyatımızla gündəmə gəlməmişik.

Hər zaman yaradıcılığımızdakı yeniliklərlə tamaşaçılarımızı sevindirməyə çalışırıq.

Qızımın dünyaya gəlişi ailəmizə sözlərlə izah olunmayacaq qədər rəng qatıb. Amma mən şəxsi həyatım haqqında danışmaq istəmirəm. Allah - Təala qızım Leylanın simasında bütün övladları qorusun".

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!