23 Sentyabr, 2014
Məmmədyarovla Nalbandyan bu gecə görüşəcəklər

Anaxanım Hidayətova-APA. Sentyabrın 24-də Nyu Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş baş tutacaq.

Simsar.az-ın məlumatına görə, bu barədə ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Tvitter” səhifəsində bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasını müzakirə etmək üçün səbirsizliklə bu gün Nyu Yorkda  Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü gözləyirik”, deyə Ceyms Uorlik “Tvitter” səhifəsində bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!