23 Sentyabr, 2014
De Rossi Azərbaycana qarşı oynaya bilməyəcək

İtaliya millisinin yarımmüdafiəçisi Daniele De Rossi “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oynaya bilməyəcək. Simsar.az xəbər verir ki, buna səbəb futbolçunun zədəli olmasıdır. İtaliya “A Seriya”sının son turunda “Kalyari” ilə görüşdə xəsarət alan De Rossinin bir ay yaşıl meydanlardan uzaq alacağı dəqiqləşib.

Qeyd edək ki, İtaliya millisi oktyabrın 10-da Azərbaycanı qonaq edəcək.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!