23 Sentyabr, 2014
Koçaryan Almaniyadan uçan təyyarəni gecikdirdi

Ermənistanın sabiq prezidenti Robert Köçəryan bu gün Almaniyanın Frankfurt hava limanında etik çərçivələrə sığmayan məsuliyyətsiz hərəkəti ilə təyyarə reysinin təxirə salınmasına səbəb olub.

Simsar.org saytı erməni nəşrlərinə istinadən xəbər verir ki, R.Köçəryanın hava limanına və miniyə gecikməsi Frankfurt-İrəvan reysi ilə uçacaq təyyarənin 40 dəqiqə ləngiməsi ilə nəticələnib. Təyyarədəki sərnişinlər narazı halda gecikən sərnişini gözləməyə məcbur olublar.

Yada salaq ki, bu, Frankfurt-İrəvan reysi ilə ilk uçuş olub. Həmin reys “Air Armenia” aviaşirkəti tərəfindən bu gündən etibarən açılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!