23 Sentyabr, 2014
Əli Həsənov: "Sumqayıt ikinci vətənimdir”

“Hər bir insan üçün vətən onun doğulduğu yerdən başlayır. Sumqayıt mənim ikinci vətənimdir. Həyatımın əsas hissəsi bu şəhərdə keçib və ömrümün qalan hissəsi də burada keçəcək. Sumqayıtlıları əlamətdar bayram münasibətilə təbrik edirəm”.

Simsar.az AzərTAc-a istinadən  xəbər verir ki, bu sözləri Sumqayıta şəhər statusu verilməsinin 65 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuata açıqlamasında söyləyib.

Baş nazirin müavini Sumqayıtın ən böyük sərvətinin onun insanları olduğunu bildirərək deyib: “Sumqayıtın insanları həm səmimiliklərinə, həm qayğıkeşliklərinə, həm də insanpərvərliklərinə görə çox fərqlidirlər”.

Əli Həsənov daha sonra deyib ki, hər bir sumqayıtlı bu şəhərin keçmiş ənənələrinin bərpa olunduğunu görəndə fərəh hissi keçirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!