23 Sentyabr, 2014
Prezident İsmayıllıya 2 milyon ayırdı

Prezident İlham Əliyev İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Simsar.az-ın xəbərinə görə, sərəncama əsasən İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!