23 Sentyabr, 2014
Hicab qadağası məktəblərdə də ləğv edildi

Türkiyədə daha bir dini qadağa ləğv edilib.

Simsar.az-ın məlumatına görə, Türkiyə höküməti orta məktəblərdə qızların hicab geyməsinə qoyulan qadağa aradan götürüb. Baş nazirin müavini Bülənt Arinç bu barədə verdiyi açıqlamasında bildirib ki, 5-ci sinifdən başlayaraq qızlar baş örtüyü geyə bilərlər.

Türkiyə baş naziri Əhməd Davudoğlu bunu demokratikləşmə adlandırıb.

Qeyd edək ki, hökümətin bu qərarı Türkiyədə birmənalı qarşılanmayıb.

Türkiyədə universitetlərdə hicab qadağası 2008-ci ildə ləğv edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!