23 Sentyabr, 2014
"Futbolçuları öldürürük" – Qvardiola

"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Simsar.Az-ın məlumatına görə, Almaniya mətbuatına danışan ispaniyalı mütəxəssis təqvimin sıxlığının futbolçuların fiziki cəhətdən yorulmasına səbəb olduğunu bildirib:

"Təqvimin bu qədər sıx olmasını anlamıram. Futbolçuları sanki öldürürük. Oyunçuların istirahətə ehtiyacı var. Bu, təkcə "Bavariya"ya deyil, "Bayer" (Leverkuzen) və "Borussiya" (Dortmund) klubuna da aiddir. Üç gündən bir eyni futbolçularla oynamaq mümkünsüzdür".

Qeyd edək ki, "Bavariya" Bundesliqanın üçüncü turunda bu axşam "Paderborn"la qarşılaşacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!