23 Sentyabr, 2014
Fişəng fabrikində faciə: 12 ölü

Çinin Hunan əyalətindəki fişəng fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatdı.

Simsar.az xəbər verir ki, əyalətin xilas etmə axtarış qrupları, partlayışın meydana gəldiyi vaxt fabrikdə 47 nəfərin olduğunu açıqlayıb. Qalan işçilərin xilas edildiyi və yaralıların xəstəxanlara çatdırıldığını qeyd ediblər. Partlayışla bağlı istintaq davam edir.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!