23 Sentyabr, 2014
Avraam Linkolnun həyatı film oldu - VİDEO

Rejissor A.C. Edvardsın ABŞ-ın 16-sı prezidenti Avraam Linkolna həsr olunmuş "Daha yaxşı Mələklər" bioqrafik dramının rəsmi treyleri təqdim olunub.

Simsar.az xəbər verir ki, film onun çətin uşaqlığı, xarakterini sonradan müəyyən edən sınaqları və həyatında əsas rol oynayan qadınlar barədədir. Ekran əsərində Linkolnun analığı rolunu Diana Kryuqer oynayıb. Qadın onu təhsil almağa həvəsləndirir və ərinin şübhəli tərbiyə metodlarını dəyişməyə çalışır. Dianadan əlavə filmin çəkilişlərində Ceyson Klark da iştirak edib, filmin prodüserlərindən biri isə Terrens Malikdir.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!