23 Sentyabr, 2014
Məşhur musiqiçi ipək yaylıqlardan ibarət kolleksiya yaradıb

Musiqi prodüseri və ifaçı Farrell Uilyams klatçlar və qatar rəsmi olan ipək yaylıqlardan ibarət kapsul kolleksiyasını yaratmaq üçün fransız brendi Moynat ilə səylərini birləşdirib.

Simsar.az xəbər verir ki, ilk məhsul - Train Bag çantası oktyabrın 13-də Parisdə Colettte konsept-storunda təqdim olunacaq. Əməkdaşlığa Uilyams və Moynat-ın kreativ direktoru Rameş Nairin qatarlara olan ümumi sevgisi səbəb olub. Uilyamsın Moynat üçün kolleksiyasında 1854-cü ildə patentləşdirilmiş, əvvəllər çamadanların bərkidilməsi üçün istifadə olunan quttaperçi kimi qeyri-adi materiallardan istifadə olunub. Ən bahalı çantanın qiyməti 3200 avro təşkil edəcək.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!