23 Sentyabr, 2014
Azərbaycanın rəqibindən darmadağın

Bu gün qadın voleybolçular arasında Dünya Çempionatına start verilib. Simsar.az xəbər verir ki, Azərbaycanın da çıxış etdiyi Mundialda ilk görüşlər keçirilib.

Millimizin  yer aldığı “D” qrupunda Çin Puerto-Rikoya aman verməyib. Asiyalılar 3 setdə qələbəni bayram ediblər. Başa çatan digər görüşdə isə Hollandiya Qazaxıtsandan üstün olub.

 

Çin – Puerto-Riko 3:0 (25:23; 25:18; 25:20)

Hollandiya – Qazaxıstan 3:0 (25:21; 25:17; 25:21)

 

Qeyd edək ki, Azərbaycan Bakı vaxtı ilə saat 20:00-də Yaponiya seçməsi ilə qarşılaşacaq.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!