23 Sentyabr, 2014
Ancelina Coli “Afrika” adlı filmə çəkilir

Ancelina Coli keniyalı paleoantropoloq Riçard Likinin həyatının motivləri üzrə "Afrika" adlanan film çəkəcək.

Simsar.az xəbər verir ki, Liki Keniyada Britaniyalı arxeoloqlar və paleontoloqlar ailəsində anadan olub. Ətraf mühitin qorunması üçün çalışan alim Keniya vəhşi təbiətin qorunması xidmətini yaradıb və onun mühafizəçilərinin silahlı dəstələrini təşkil edib. Bununla belə, Riçard elmi fəaliyyətlə məşğul olub. O, paleoantropologiya sahəsində bir sıra vacib layihələrin müəllifidir. "Afrika" filminin premyerasının nə vaxt baş tutacağı elan edilməyib.

Aktrisanın rejissorluq etdiyi "Sındırılmamış" filmi dekabr ayında ekranlara çıxacaq. Hazırda isə o, baş rolları həyat yoldaşı Bred Pittlə paylaşdığı "Dənizdə" filminin çəkilişlərindədir.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!