23 Sentyabr, 2014
Dior ətirləri kitab olacaq

Dior moda evi 1947-ci ildən bu günədək Christian Dior ətirlərinin yaranma tarixindən bəhs edən kitab buraxacaq.

Simar.az xəbər verir ki, "The Perfumes" kitabının müəllifi dəb eksperti Çendler Burr markanın zəngin tarixini araşdıraraq, parfümlərin hazırlanmasında istifadə olunan notlardan, o cümlədən brendin bu sahədə siyasətindən yazıb. Nəşrdə əsas vurğu Dior-un ilk illərdə buraxılmış ətirlər seriyasına edilib. Kitab "Rizzoli" nəşriyyat evində çap olunacaq.

 

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!