23 Sentyabr, 2014
“Neftçi”nin cəzası bəlli oldu

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Simsar.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın 6-cı turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Topaz Premyer Liqasının VI turunun “İnter” – “Bakı” matçının 30-cu dəqiqəsində “Bakı” klubunun məşqçisi Muarem Zekir texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunur.

Topaz Premyer Liqasının VI turunun “Sumqayıt” – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Əvəzedici heyətlərin VI turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Əvəzedici heyətlərin VI turunun “Qarabağ” – “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Oyunun 42-ci dəqiqəsində “Simurq” klubunun 40 №-li futbolçusu Sərxan Abaslı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!