23 Sentyabr, 2014
Sabah yağış yağacaq

Bakı və Abşeron yarımadasında sentyabrın 24-də havanın gecə və səhər dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Güclü cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 24-də gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağış intensivləşəcək. Qərb rayonlarında dolu düşəcək. Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 20-26 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 23-ü axşamdan 25-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!