23 Sentyabr, 2014
Hafiz Hacıyevdən “həyəcan təbili”

Muasir Musavat Partiyasının mərkəzi qərargahında cari məsələlər müzakirə edilib. Simsar.az xəbər verir ki, Hafiz Hacıyevin partiya üzvlərini toplamasında məqsədi, bələdiyyə seçkilərinə yeni fortmada qatılmaq olub.

Öncə patiya funksionerlərinin təklif və fikirləri dəyəndirilib, sonra isə payız ayına planlaşdırılan məsələlər müzakirəyə çıxarılıb. H.Hacıyevə seçkilərdə iştirak edmək istəyən üzvlərin siyahısı təqdim edilib. O seçkilərdə iştirak edəcək şəxslərə  məsləhətlər verib.

Bundan sonra dünyada və ölkədə baş verən hadisələr müzakirə olunub.

Hafiz Hacıyev son günlər birdən-birə fəallaşan müxalifət nümayəndələrinə, Milli Şuraya və onların müzakirə etdikləri məsələlərə münasibət bildirib. Xarici qüvvələrin planı əsasında fəallaşan qüvvələrin Azərbaycan üçün çox mühüm təhlükə olmadıqlarını deyən MMP sədri hakimiyyət daxilində şəbəkələşən və kifayət qədər maliyə qaynağı olan qüvvələrdən ehtiyatlı olmağı məsləhət görüb. Tədbirin sonunda rayon təşkilat sədrlərinə tapşırıqlar verilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!