23 Sentyabr, 2014
PKK-dan şok Türkiyə açıqlaması - ATƏŞKƏS BİTDİ

İŞİD-in Kobaniyə hücumlarında Türkiyənin məsuliyyət daşıdığını deyən PKK-nın lederlərindən biri olan Murad Qarailan, çox sərt danışıb. Simsar.az xəbər verir ki, mətbuata açıqlama verən Qarailan, Türkiyə ilə PKK arasında davam edən atəşkəsə işarə edərək, problemin həll olunması üçün verilən müddətinin bitdiyini deyib: “İŞİD-in Kobanini mühasirəyə almasının ardında duran əsas güc Türkiyədir”.

49 türk əsirinin azad edilməsi məsələsini xatırladan Murad Qarailan, bunun arxasında İŞİD-lə Türkiyə arasında Kobani anlaşmasının olduğunu iddia edib.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!