8 Aprel, 2011
AZƏR ƏMİRASLANOV NAZİR OLMAYACAQ

Prezident Administrasiyasının Aqrar şöbəsinin müdiri: "Jurnalistlərə də məsləhət görürəm ki, bu cür məlumatlar yazmiasın və buna inanmasınlar"

«Mənim kənd təsərrüfatı naziri vəzifəsinə təyin ediləcəyim barədə özümdə heç bir məlumat yoxdur. Jurnalistlərə də məsləhət görürəm ki, bu cür məlumatları yazmiasınlar və buna inanmasınlar». 

Bunu Simsar.az-a Prezident Administrasiyasının Aqrar şöbəsinin müdiri Azər Əmiraslanov bəzi KİV-lərdə onun yaxın vaxtlarda kənd təsərrüfatı naziri postuna gətiriləcəyi barədə yayılan məlumatlara münasibət olaraq bildirib.

A.Əmiraslanov jurnalistlərə məsləhət də verib: «Mənim nazir vəzifəsinə gətirilib-gətirilməməyim kimi mövzuları yazmaqdansa, aqrar sektorla bağlı araşdırmalar aparılsa daha yaxşı olar».

RUSLAN



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!