22 Sentyabr, 2014
Onunla görüşdən imtina etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Yəhudi Konqresinin rəhbəri ilə görüşməkdən imtina edib.

Simsar.az-ın məlumatına görə, Ərdoğana yaxınlığı ilə seçilən "Yeni Şafak" qəzeti görüşdən imtinanın səbəblərinə aydınlıq gətirib.

Qəzet yazır ki, ABŞ-a səfəri çərçivəsində Ərdoğan Nyu Yorkda Yəhudi Konqresnin rəhbəri Ronald Lauderlə 10:45-də görüşməli idi. Lakin konqres rəhbərliyi görüşün vaxtını bir gün ertələnməyi xahiş edib.

Ərdoğan isə gərgin iş qrafiki səbəbindən görüşü ləğv edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail arasındakı mövcüd münasibətlərin fonunda sözügedən görüşün keçirilməməsi birmənalı qarşılanmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!