22 Sentyabr, 2014
Xlor qazlı hücum iddiası

İraqda şiələrin meydana gətirdiyi Milli İttifaq üzvü millət vəkili Əli əl-Budeyri, Fəlluca şəhərində İŞİD -in təşkil etdiyi "xlor qazı” hücumunda 300 əsgərin öldüyünü iddia edib.

Simsar.az-ın Türkiyə KİV-ə  istinadən verdiyi məlumata görə, Budeyri  mətbuata açıqlamasında  "İŞİD”-ın mühasirəyə aldığı 400 əsgərə qarşı xlor qazı verərək  300-nü öldürdüyünü deyib.

Hadisəylə bağlı bölgə komandirinin  məsuliyyət daşıdığını deyən Budeyri, "edilən bütün çağırışlara baxmayaraq orduya təyyarələrin sürətli davranmaması nəticəsində Saklaviyye ərazisindəki əsgərlərin başına gələnlərdən Enbar vilayətindəki əməliyyatların başında duran  General-leytenant Rəşid Felih və Baş nazir Heydər əl-İbadiyi məsuliyyət daşıyır” . deyib.

İraq ordusunun  köhnə komandirlərindən general Nasir əl-Ganna isə Saklaviyyədə yaşananları "Spyker və Musulun IŞİD-ın  əlinə keçməsindən sonra edilən  yeni bir “qırğın" olduğunu müdafiə edib.

Nasir əl-Ganna: "Əsgərlərimiz və ordumuz, təhlükəsizlik  tədbirləri düzgün aparılmadığından terroristlərin əlinə keçir. Axan qanın və dəymiş olan  maddi zərərin günahkarı  onlardır" - deyə əlavə edib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!