22 Sentyabr, 2014
Nazirlik tibb müəssisələrinin rəhbərlərinə təlim keçəcək

Nazirlikdən Simsar.az- a verilən məlumata görə, təlim "Tibb müəssisələrində kadr işinin təşkili" mövzusunda olacaq.

Təlimin mövzusu kadr işinin təşkili, işçi heyətin şəxsi işlərinin formalaşdırılması qaydaları, işçi heyətlə əmək münasibətlərinin qanunvericiliyə əsasən tənzimlənməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində tibbi praktika ilə məşğul olması şərtləri və qaydaları, xaricdə təhsil almış şəxslərin diplomunun nostrifikasiyası qaydaları olacaq.

Səhiyyə Nazirliyi təlimdə iştirak etmək üçün müraciətləri noyabrın 1-dək qəbul edəcək.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!