22 Sentyabr, 2014
Bakıda iki yük maşını toqquşdu

Bakı şəhərində yol qəzası baş verib.

simsar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Binəqədi rayonunda “Kamaz” markalı yük avtomobili digər yük avtomobili ilə toqquşub.

Nəticədə “Kamaz”ın sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!