22 Sentyabr, 2014
ABŞ-dan “Xorasan” xəbərdarlığı

ABŞ Beynəlxalq Təhlükəsizlik Təşkilatı  (NSA), Suriyada indiyə kimi tanınmayan daha bir radikal təşkilatın gücləndiyini açıqlayıb. ABŞ-ı narahat edən təşkilatın adı isə Xorasandır.

NSA-a istinadən verilən xəbərlərə görə, “Xorasan” keçən il Suriyada 33 yaşlı Muhsin Əl Fadi tərəfindən qurulub. “Xorasan”-ın qurucusu Əl Qaidənin öldürülən lideri Üsama Bin Ladenin ən yaxın adamı olduğu bildirilir.

İŞİD qədər təhlükəli

Təşkilatın ən böyük məqsədinin ABŞ və ABŞ-ın xaricdəki təmsilçiliklərində terror aktları törətmək olduğu iddia edilir. NSA Direktoru Ceyms R. Klapper də verdiyi açıqlamada, ABŞ tərəfindən “Xorasan”ın İŞİD qədər təhlükəli olduğu açıqlanıb.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!