22 Sentyabr, 2014
İmişlidə 725 min manatlıq mənimsəmə - Baş Prokururluqdan açıqlama

“Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, İstintaq zamanı filialın müdiri Razi Talıbzadənin filialın mütəxəssisi iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla  qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinini isə şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israfetmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və  313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq nəticəsində vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Simsar.az

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!