22 Sentyabr, 2014
3 min illik mumyada qaynaq saç tapıldı

Misirdə aparılan Amarna qazıntıları zamanı üzə çıxan 3 min illik qadın mumyasında maraqlı bir məqam təsbit edilib. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, qadın mumyasının kəllə sümüyündəki 70 ədəd qaynaq saç elm adamlarını təəccübləndirib. Amarna qazıntılarının mütəxəssisi  Coland Bos “Live Science” jurnalına verdiyi açıqlamada kəllə sümüyü üzərindəki qaynaq saçların fərqli rənglərə boyandığını deyib: “Min illər əvvəl yaşayan qadınlar da günümüzdəki həmcinsləri kimi bəzənməyə düşkün olub. Amarna qadınları isə həm qaynaq saçları, həm də qısa saçları sevirdi” deyib.

Mumya üzərində araşdırmalaını davam etdirən elm adamları indi də qaynaq saçların gündəlik həyatda istifadə edilib, edilmədiyini müəyyənləşdirirlər. Alimlərin fikrincə, qaynaq saçlar ölən insanlara o dünyada gözəl görünmələri üçün taxılmış ola bilər.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!