22 Sentyabr, 2014
“Suriyada kimyəvi silah istifadə olunub” – Con Kerri

“Suriyada kimyəvi qaz sistematik şəkildə və dəfələrlə istifadə edilib”.

Simsar.az-ın məlumatına görə, bunu ABŞ Dövlət katibi Con Kerri açıqlmasında deyib.

O bildirib ki, Suriya hakimiyyətinin cinayət törətdiyi açıq şəkildə  sübuta yetirilib: “Suriyanın şimalında 3 kəndə qarşı əməliyyatda kimyəvi silah istifadə olunub. Şahidlərin ifadələrinə görə, hücum zamanı helikopterdən istifadə edilib. Suriya müxalifətinin isə helikopterə sahib deyil. Bu açıq şəkildə Suriya hakimiyyətinin günahkar olduğunu göstərir”.

Kerri vurğulayıb ki, Əsəd rejimi bu hərəkəti görə beynəlxalq ictimaiyyət qarşısında qınanacağını bilməlidir.

O, bu məlumatların Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (KSQT) tərəfindən açıqlanan son hesabata da salındığını söyləyib.

 

Vüsal Qarayev

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!